ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb

Siyasət

20.04.2024 - 09:44

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq”.

AYNA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.

Müəllif: Ayna.az