“Bakı münaqişəni qeyri-sülh yolu ilə həll etmək üçün mandat alacaq”

Siyasət

15.08.2019 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “Erməni tərəfi açıq-aşkar danışıqlar prosesinə xələl gətirir”

 

“Paşinyan və Mnatsakanyanın “Qarabağ Ermənistanındır” bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara müraciətlər edilib. Erməni tərəfi açıq-aşkar danışıqlar prosesinə xələl gətirir”.

 

AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” hesabında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov paylaşıb. “İndi növbə beynəlxalq təşkilatlarındır. Əgər onlar Ermənistanın bu davranışlarına göz yumsalar, Azərbaycan tərəfi münaqişəni digər yollarla həll etmək üçün “mandat” alacaq”, - deyə o yazıb.

Ayna.az