ABŞ dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

Xəbərlər

19.09.2022 - 00:46

cedabet Klinikalar SEO Xidməti

Antoni Blinkenlə İlham Əliyev arasında telefon danışığı olub

Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş