ABŞ Dövlət Departamenti Belarusdakı seçkiləri tanımadı

Dünya

26.02.2024 - 08:57

Həkimlər Klinikalar SEO Xidməti

“Birləşmiş Ştatlar Lukaşenko rejiminin uydurma parlament və yerli seçkilərini pisləyir”

ABŞ Dövlət Departamenti Belarusda keçirilən seçkiləri “yalan” və heç bir demokratiya əlaməti olmayan “qorxu atmosferi ilə dolu” proses kimi qiymətləndirib. AYNA xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb.

“Birləşmiş Ştatlar Lukaşenko rejiminin uydurma parlament və yerli seçkilərini pisləyir”, - press-relizdə deyilir.

Departamentin məlumatına görə, səsvermə qorxu şəraitində keçib, respublikada heç bir seçki prosesini demokratik adlandırmaq olmaz.

Dövlət Departamenti "Bütün müstəqil siyasi partiyaların qeydiyyatı rədd edildi", deyə bəyanatında vurğulayıb.

Bəyanatda qeyd olunur ki, Belarusda hələ də 1,4 mindən çox siyasi məhbus var və bütün müstəqil siyasi xadimlər ya həbs olunub, ya da ölkədən qovulub.

Qeyd edək ki, ötən gün Belarusda parlament və yerli qurumlara seçkilər keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş