Birləşmiş Ştatlar vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
ABŞ səfirliyi Ukraynadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırış edib.
AYNA xəbər verir ki, bu barədə səfirlik açıqlama yayıb.
“Dövlət Departamenti Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və hökumət obyektlərinə raket zərbələrinin sayını artıracağı ilə bağlı məlumat alıb. Rusiyanın zərbələri Ukraynanın dinc sakinləri və mülki infrastrukturu üçün daim təhlükə törədir”, - deyə qeyd olunub.
Səfirlik amerikalıları Ukraynanı təhlükəsiz olduğu halda yerüstü nəqliyyat vasitələri ilə tərk etməyə çağırış edib.