"Omikron" ştamına yoluxanların sayı artmaqdadır
ABŞ-da daha bir nəfərdə koronavirusun "omikron" ştamına yoluxduğu müəyyən edilib. AYNA xəbər verir ki, yeni ştama yoluxma Minnesota ştatında aşkarlanıb.
Həmin şəxsin koronavirusa qarşı tam peyvənd olunduğu və ABŞ-dan kənara səyahət etmədiyi bildirilib.
Ştatın Səhiyyə Departamentinin məlumatına görə, "omikron" ştamına yoluxduğu aşkar edilən kişi bu yaxınlarda Nyu-Yorka səfər edib: “O, noyabrın 24-də koronavirus testindən keçib və nəticə müsbət olub. Sözügedən şəxs yeni ştamın yüngül simptomlarını hiss edir və təcrid olunub”.
Qeyd edək ki, ABŞ-da "omikron" ştamına ilk yoluxma halı çərşənbə günü Kaliforniya ştatında qeydə alınıb.