ABŞ-da da “omikron” aşkarlanıb

Dünya

02.12.2021 - 06:29

"Omikron" ştamına yoluxma halları artmaqdadır

ABŞ-da ilk “omicron”a yoluxma halı Kaliforniya ştatında aşkar edilib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Baş infeksionisti Entoni Fauçi açıqlama yayıb.

Ağ Evdə mətbuat konfransı keçirən Baş infeksionist bildirib ki, “omikron”a yoluxan şəxs Cənubi Afrikadan gəlib:

"Xəstə hazırda karantindədir və hər kəslə yaxın təmasda olub. Peyvəndləri tamdır və xəstənin sağlamlıq vəziyyəti hazırda yaxşıdır".

Səhiyyə rəsmiləri ilk dəfə Cənubi Afrikada aşkar edilən və noyabrın 25-də elan edilən yeni ştamın digər ölkələrdə olduğu kimi, ABŞ-da da aşkarlanacağını bildirmişdi.

Müəllif: Ayna.az