Daniella-Livayn Kava: “Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq"
ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 86-ya çatıb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq. Ölənlərin ümumi sayı hazırda 86 təşkil edir”, - deyə o qeyd edib.
Dairə başçısı əlavə edib ki, 43 nəfərin taleyi naməlum olaraq qalır.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.