ABŞ-da atışma olub, ölənlər var

Dünya

16.05.2023 - 01:42

Şübhəli şəxs hadisə yerində güllələnib

Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatının Farminqton şəhərində atışma baş verib.

AYNA xəbər verir ki, bu barədə yerli polis tvitter hesabında bildirib.

Hadisə nəticəsində üç nəfər həlak olub.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının iki əməkdaşı da atışmada yaralanıb.

Şübhəli şəxs hadisə yerində güllələnib. Baş verənlərin təfərrüatları açıqlanmayıb.

Müəllif: Ayna.az