ABŞ Çini Qlobal Sülh Sammitində iştirak etməyə çağırır

Dünya

07.06.2024 - 14:34

cedabet dərman SEO Xidməti

Metyu Miller: “Vaşinqton Çinin tədbirdə iştirakını faydalı hesab edir”

Vaşinqton Pekini iyunun ortalarında İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna üzrə Qlobal Sülh Sammitində iştirak etməyə çağırır. Bu barədə AYNA “Reuters” agentliyinə istinadən xəbər verir.

Brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton Çinin tədbirdə iştirakını faydalı hesab edir.

“Şübhəsiz ki, Çini bu sammitdə iştirak etməyə təşviq edərdik. Onlar sammitin əvvəlki versiyalarında iştirak ediblər. Onların burada olmasının faydalı olacağına inanırıq”, - deyə rəsmi bildirib.

Bu çağırış Çinin Rusiyanın sammitə dəvət edilmədiyi üçün İsveçrədə planlaşdırılan tədbirdən uzaq durmağa çalışdığı barədə keçmiş bəyanatları fonunda verilib.

Dövlət Departamentinin nümayəndəsi həmçinin qeyd edib ki, Çin Vaşinqtonun fikrincə, Rusiyanın müdafiə sənayesi bazasına kömək edən şirkətlərə qarşı tədbir görməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş