Muəllif:

Qarlı havalar yaxınlaşır

Bakı və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bildiriri ki, havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.
Yanvarın ikinci yarısında havaların soyuq keçəcəyi proqnozlaşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135