Zurabişvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Dünya

16.02.2024 - 15:28

cedabet dərman SEO Xidməti

Gürcüstan Prezidenti Almaniyaya səfər edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının məlumatında qeyd edilib.

Məlumata görə, fevralın 16-18-də Münhen konfransında Gürcüstan Prezidenti dünya liderləri, dövlət başçıları və beynəlxalq təşkilatların aparıcı nümayəndələri ilə birlikdə beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələrdə iştirak edəcək.

“Beynəlxalq təhlükəsizlik mövzularını müzakirə etmək üçün dünyanın aparıcı forumu olan Münhen Təhlükəsizlik Konfransında Gürcüstan Prezidenti paneldə çıxış edəcək”, - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş