Ukrayna Prezidentinin “Airbus A319” təyyarəsi ABŞ-a uçub
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Airbus A319” təyyarəsi ABŞ-a yola düşüb. AYNA.AZ bildirir ki, bu barədə “Reuters” “FlightAware” məlumatlarına əsasən xəbər verib.
Məlumata görə, Ukrayna liderinin təyyarəsi bazar ertəsi axşam Polşanın Yasionka hava limanından İrlandiyaya yola düşüb və orada bir neçə saat dayanıb. Daha sonra təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin Endryus Hərbi Hava Qüvvələri bazasına doğru uçub.
Ukraynanın “Strana” nəşrinin məlumatına görə, Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak da ABŞ-a uçur.