Zelenskidən Rusiya ilə razılaşma barədə açıqlama

Dünya

22.03.2022 - 01:17

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya ilə kompromisli razılaşma referenduma çıxarılmalıdır”

“Rusiya ilə ehtimal olunan kompromisli razılaşma, o cümlədən təhlükəsizlik təminatına dair zəmanət Ukraynada referenduma çıxarılmalıdır”.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibəsi zamanı deyib.

“Mən danışıq aparan heyətlərə izah etmişəm ki, dəyişikliklər tarixi hadisə ola bilər. Biz tələsmirik və referenduma getməliyik. Xalq kompromisin bu və ya digər formasına münasibət bildirməlidir. Bunun necə olacağı isə Ukrayna və Rusiya arasındakı danışıqların mövzusudur. Bu səbəbdən mən istənilən halda xalqla birlikdə olacağamsa hər şeyə getməyə hazıram” – deyə Zelenski vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya daxil olmayacağı təqdirdə Şimali Atlantika Alyansından zəmanət alarsa, bu normal kompromis hesab edilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş