Zelenski: “Ukraynada parlament seçkiləri vaxtında keçirilməyə bilər”

Dünya

14.05.2023 - 21:30

Ukrayna Prezidenti: “Əgər bizdə hərbi vəziyyət olsa, seçki keçirə bilməyəcəyik"

Ukraynada bu il oktyabrın sonunda keçiriləcək parlament seçkiləri ölkədə hərbi vəziyyətin davam edəcəyi təqdirdə ləğv edilə bilər.

AYNA xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski The Washington Post nəşrinə verdiyi müsahibəsində deyib.

“Əgər bizdə hərbi vəziyyət olsa, seçki keçirə bilməyəcəyik. Konstitusiya hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan edir. Hərbi vəziyyət olmasa, o zaman baş verəcək. Qanunla, Ukrayna Konstitusiyasına uyğun olaraq, hərbi vəziyyət ləğv edildikdən sonra, hesab edirəm ki, 90 gün sonra seçkilər keçirilir” – Zelinski açıqlayıb.

Müəllif: Ayna.az