Ukrayna Prezidenti: "Müəyyən qərarlar qəbul edilib"
Ukrayna prezidenti Vladimir Zelenski Ali Komandanlığın qərargahında iclas keçirib.
AYNA xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib. O, çıxışında bundan sonra cəbhədə baş verəcək dəyişikliklərə diqqət çəkib.
“Düşünürəm ki, hamınız əsas məsələlərin nədən ibarət olduğunu başa düşürsünüz. Müəyyən qərarlar qəbul edilib. Düşünürəm ki, biz onların hamısını görəcəyik”, - deyə Zelenski vurğulayıb.