Ukraynada Qələbə Günü 8 mayda qeyd ediləcək
Ukrayna Prezidenti Volodimir Zelenski Qələbə Gününün mayın 8-də keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında yerləşdirilib.
Beləliklə, mayın 8-i Ukraynada Anım və Nasizm üzərində Qələbə Günü kimi qeyd ediləcək.
Qeyd edək ki, Ukrayna Ali Radası sözügedən layihəni mayın 29-da qəbul edib.