Zelenski: "Putinlə birbaşa danışıqlar müharibəyə son qoya bilər" 

Dünya

10.03.2022 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

"Kompromis mümkündür, lakin bu mənim ölkəmə xəyanət olmamalıdır"

"Yalnız Rusiya Prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən  dialoqla müharibəni dayandırmaq olar". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

Ukrayna lideri əmindir ki, müharibəyə yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər: "Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu mənim ölkəmə xəyanət olmamalıdır". 

"Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya Prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız iki prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”, - deyə Zelenski vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş