Zelenski: “Putin ölənə qədər hakimiyyətdə qalacaq”

Dünya

22.05.2024 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya Prezidenti Kremldən yalnız cənazədə çıxarılacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin “ölənə qədər” hakimiyyətdə qalacaq və o, “Kremldən yalnız cənazədə çıxarılacaq”.

AYNA-nın xəbərinə görə, Zelenski bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.

Prezident hesab edir ki, Putin müstəqil fiqur deyil: “O, böyük pullar, Çindən dəstək və sairləri rəhbər tutur. Ona görə də indi onunla sülhlə bağlı ədalətli dialoq aparmaq mümkün deyil”.

“Problem budur, insanların beynini yudu və beyni yuyuldu. O, bizi məhv etmək arzusundadır. Yeganə məqsədi səni məhv etmək olan bir adamla oturub danışa bilməzsən”, - deyə Ukrayna lideri vurğulayıb.

Eyni zamanda, Zelenski qeyd edib ki, Ukrayna hər gün Putinin ətrafı tərəfindən yaradılan sistemdə zəif nöqtə axtarır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş