Zelenski Prezident İlham Əliyevə zəng edib

Siyasət

21.05.2024 - 22:32

İkitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.

Müəllif: Ayna.az