Seçici fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlandı

Siyasət

09.02.2020 - 12:53

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir 

 

Azərbaycanda seçici fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlanıb.

 

AYNA-nın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir.

 

1 saylı Şərur-Sədərək seçki dairəsindən 47,7 faiz (46 min 225 seçicidən 18 440 nəfər) olub.

 

Seçici fəallığının ən aşağı olduğu dairə isə 29 saylı Səbail Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 10,2% (4 162 nəfər) olub.

Müəllif: Ayna.az