Zelenski polşalı həmkarı ilə NATO sammitini müzakirə edib

Dünya

12.06.2023 - 07:41

cedabet dərman SEO Xidməti

Ukrayna və Polşa prezidentləri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə polşalı həmkarı Anjey Duda arasında telefon danışığı olub.

AYNA Ukrayna mediasına istinadən bildirir ki, Zelenski Duda ilə 11-12 iyulda Vilnüsdə keçiriləcək NATO sammitini müzakirə edib.

Prezidentlər görüşdən gözləntilərini bölüşüblər.

“Biz Alyansın Ukraynanın təhlükəsizliyini təmin etmək üçün atdığı güclü addımların vacibliyini anlayırıq”, - deyə Ukrayna lideri bildirib.

Ukrayna rəhbəri həmçinin Polşa və Dudaya ölkənin müdafiəsinin gücləndirilməsində göstərdikləri dəstəyə və güclü və möhkəm mövqeyə görə minnətdarlığını bildirib.

Ölkə liderləri Ukrayna ordusunun gələcək ehtiyaclarını da müzakirə ediblər. Zelenski Duda ilə danışıqları “həmişə olduğu kimi məhsuldar söhbət” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş