Zelenski NATO-nu ittiham etdi

Dünya

30.04.2024 - 11:43

Prezident Alyansı Ukrayna Silahlı Qüvvələrinə dəstək müqavilələrinə əməl etməməkdə günahlandırıb

NATO Ukrayna ilə bağlı razılaşmalara əməl etməyib. AYNA xəbər verir ki, bu ittihamla Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxış edib.

Prezidentin sözlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün üç mühüm bənddən ikisini yerinə yetirməyib: “Birinci məqam maliyyədir ki, bu, ikitərəfli səviyyədə həm tərəfdaşlar, həm də ABŞ tərəfindən müsbət qarşılandı. İkinci məqam silahların vaxtında çatdırılması, üçüncüsü isə Ukraynaya nəyin çatacağıdır”.

Zelenski qeyd edib ki, Şimali Atlantika Alyansı göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib.

Müəllif: Ayna.az