Zelenski Kiyevdə olduğunu sübut edən görüntü paylaşdı - VİDEO

Dünya

25.02.2022 - 22:53

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti: "Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə olduğunu sübut edən video paylaşıb.

AYNA xəbər verir ki, Zelenskinin Prezident Aparatının qarşısındakı meydandan paylaşdığı videoda onunla birlikdə Prezident Aparatının əməkdaşları, baş nazir, “Xalqın qulluqçusu” fraksiyasının sədri də var.

“Fraksiya lideri buradadır, Prezident Aparatının rəhbəri buradadır, Baş nazir Şmiqal buradadır, Podolyak buradadır, prezident buradadır. Hamımız buradayıq. Hərbçilərimiz buradadır. Vətəndaşlar, ictimaiyyət buradadır. Biz hamımız buradayıq. Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik. Bundan sonra da belə olacaq”,- deyə Zelenski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş