Zelenski Baydendən hərbi və maliyyə yardımı istəyib

Dünya

14.02.2022 - 09:33

Həkimlər Klinikalar SEO Xidməti

Ağ Ev: Kiyevə təhlükəsizlik yardımı davam edir

Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı amerikalı həmkarı Co Baydendən Ukraynaya hərbi və maliyyə dəstəyi istəyib. AYNA xəbər verir ki, bu barədə CNN kanalı yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb.

Kanalın həmsöhbəti bunu Rusiya təhlükəsini azaltmaq üçün konkret addım istəyi adlandırıb: “Bu, həmçinin daha çox hərbi dəstək, daha müasir silahlar istəməkdir”.

“Zelenski həmçinin Baydenə Ukraynanın Qərbin dəstəyini nümayiş etdirəcək böyük maliyyə paketinə ehtiyacının olduğunu söyləyib”, - mənbə qeyd edib.

Ağ Evdən isə CNN-ə bildirib ki, Kiyevə təhlükəsizlik yardımı davam edir və administrasiya əlavə makroiqtisadi dəstək haqqında düşünür.

Qeyd edək ki, fevralın 13-də Ukrayna və ABŞ prezidentləri arasında bir saatdan az davam edən telefon danışığı olub. Liderlər Ukrayna böhranının həlli üçün diplomatic yolu davam etdirməyə razılaşıblar. Amerika lideri ukraynalı həmkarına Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiq olduğunu bildirib. Prezident həmçinin ukraynalı həmkarına ABŞ-ın Rusiyanın istənilən növbəti təcavüzünə tez və qəti cavab verəcəyini vəd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş