Rusiya XİN rəsmisi: "Bu adam dəfələrlə həqiqətə uyğun olmayan sözlər deyib"
"NATO-nun baş katibi Stoltenberqin çıxışlarını dinləmək sağlamlıq üçün təhlükəlidir". AYNA bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Birinci" kanalın efirində deyib.
“Stoltenberqi dinləməyin. Çünki bu, sağlamlıq üçün təhlükəlidir. Bu adam dəfələrlə həqiqətə uyğun olmayan sözlər deyib və əslində rəhbərlik etdiyi struktur dəfələrlə faktiki aqressiv hərəkətlərə informasiya doldurmaqla məşğul olub. Baş verən hadisələrin hansısa növbəti versiyasını dinləmək sadəcə olaraq mümkün deyil", - Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, Stoltenberqin açıqlamaları araşdırmaya dözmür.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl demişdi ki, NATO şərqə doğru genişlənməmək vədlərinə sadiqdir.