Raket zərbələri nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb
Rusiya Federasiyasının hərbçiləri gün ərzində rayonun 23 yaşayış məntəqəsinə 92 zərbə endirib.
Rusiyanın raket hücumları Ukraynanın Zaporojye vilayətində 66 yaşlı qadının və Preobrajenkada 70 yaşlı qadının həyatına son qoyub, 18-85 yaş arası 21 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə Zaporojye adminstrasiyasının məlumatında qeyd olunub.
"Region mərkəzində terrorçuların hücumu zamanı yaralananlar arasında 4 uşaq var - 3, 6, 10 və 14 yaşlı. Bundan başqa, 71 yaşlı Preobrajenka sakini və 85 yaşlı Malaya sakini yaralanıb", məlumatda vurğulanıb.
Qeyd olunub ki, Rusiya hərbçiləri ötən gün ərzində rayonun 23 yaşayış məntəqəsinə 92 zərbə endirib. Yaşayış binalarının, yardımçı tikililərin, habelə sosial infrastruktur obyektlərinin dağıdılması ilə bağlı 51 məlumat daxil olub.
Xatırladaq ki, avqustun 10-da Zaporojyeni “İskəndər-K” raketi ilə atəşə tutub. Hücum nəticəsində avtomobillər alovlanıb, partlayış dalğası və dağıntılar mülki infrastruktur obyektini qismən məhv edib.