“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxub

İdman

22.03.2020 - 00:32

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artır 

 

İtaliyanın "Yuventus" klubunun və Argentina millisinin futbolçusu Paulo Dibala rəfiqəsi ilə birgə koronavirusa yoluxub.

 

AYNA-nın məlumatına görə, bu barədə 27 yaşlı forvardın özü şəxsi "Instagram"ında yazıb. O, COVID-19 testlərinin nəticəsinin müsbət olduğunu, amma hazırda özlərini ideal şəraitdə hiss etdiklərini açıqlayıb.

 

Qeyd edək ki, Paulo Dibala "Yuventus"un koronavirusa yoluxmuş üçüncü futbolçusudur. Daha əvvəl müdafiəçi Daniele Ruqani və xavbek Blez Matüididə də bu xəstəlik aşkarlanıb.

Müəllif: Ayna.az