Könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb
Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə COVID-19 testi tələb olunmur.
AYNA-nın xəbərinə bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris deyib.
Bu gündən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli COVID-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.
Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.