Yevlaxda şirkətdən oğurluq olub

Xəbərlər

09.05.2022 - 14:24

cedabet dərman SEO Xidməti

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Yevlaxda şirkətdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, rayon polis şöbəsinə Aran qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus avtomatik suvarma sistemlərinin 102 ədəd çiləyicisi, 2 ədəd tənzimləyicisi, 6 ədəd kontaktoru, 60 metr naqili və 4 ədəd birləşdiricisinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Təbriz Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş