Yevlaxda qanunsuz tikili sökülüb - VİDEO

Xəbərlər

21.10.2023 - 13:35

cedabet dərman SEO Xidməti

Qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya bildirilib ki, Yevlax rayonu, Aran qəsəbəsinin ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş