Yevlaxda narkotikin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Xəbərlər

25.06.2024 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayev saxlanılıblar

Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etmək və narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Ceyhun Məmmədov saxlanılıb.

Onun evinin yaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənə bitkisi aşkarlanıb.

Bundan başqa, polisin keçirdiyi digər tədbir zamanı narkokuryerlik edən əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 16 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. Onlar narkotik vasitələri deyilən ərazilərə çatdıraraq maddi qazanc əldə etmək məqsədilə İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az