Yevlaxda ermənilərin atdığı 17 ədəd kasetli bomba tapılıb

Xəbərlər

03.02.2022 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Kasetli bombalar zərərsizləşdirilib

Fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş