Yeniyetmə qardaşının tüfəngdən açdığı atəş nəticəsində yaralanıb

Hadisə

19.02.2023 - 21:49

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır

Qusar rayonunun Torpaqkörpü kəndində yeniyetmə kiçik qardaşının tüfəngdən açdığı atəş nəticəsində yaralanıb.

AYNA "Report"a istinadən bildirir ki, 2012-ci il təvəllüdlü Bədəlov Emil Radik oğlu özündən yaşca balaca qardaşının tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə sağ göz nahiyəsindən xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az