Yaxın vaxtlarda İrəvan və Bakı arasında sülh sazişi üzrə danışıqlar gözlənilir

Aktual

28.04.2023 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Armen Qriqoryan: “Danışıqlar nəzərdə tutulduğu üçün Bakıya təkliflərimizi göndərməmişik”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycan nümayəndələri arasında sülh sazişi layihəsi üzrə danışıqların yaxın vaxtlarda aparılacağı açıqlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, Cermukda jurnalistlərə müsahibə verən Qriqoryan hazırda müzakirələr getdiyini bildirib.

Azərbaycanın Ermənistanın 40 gündən artıqdır ki, təkliflər verməməsi ilə bağlı bəyanatına gəlincə, Qriqoryan qeyd edib ki, Azərbaycan da gecikmə ilə təkliflər verib: “Danışıqlar nəzərdə tutulduğu üçün Bakıya təkliflərimizi göndərməmişik, səbəb budur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş