“Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir”

Xəbərlər

30.04.2024 - 16:52

Ceyhun Bayramov: ““İki dövlət” formulası əsasında münaqişənin ədalətli və dayanıqlı həllinin vacibliyinə inanırıq”

“Yaxın Şərqdə mövcud gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir. “İki dövlət” formulası əsasında münaqişənin ədalətli və dayanıqlı həllinin vacibliyinə inanırıq”.

AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında çıxışı zamanı deyib.

Nazir çıxışında Fələstin xalqı üçün münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına töhfə verməkdə Azərbaycanın davamlı dəstəyini də qeyd edib.

Müəllif: Ayna.az