Yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb

Xəbərlər

14.02.2022 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

Polislər onları yaşadığı ünvana geri qaytarıblar

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Hacıqabul rayon sakini Ə.Ağayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayon sakini Q.Aslanov da qoyulan qaydalara biganə yanaşaraq, yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu da yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş