Əbülfət Qurbanovun əməliyyatının xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir. Fonddan AYNA-ya verilən məlumata görə, müharibə əlili Əbülfət Qurbanov Tanverdi oğlunun “Tibialis Posterior Tendon vətər transferi” əməliyyatının xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür.