Yasamalda evdən 10 qol saatı oğurlanıb

Xəbərlər

29.08.2023 - 19:47

cedabet dərman SEO Xidməti

Əvvəllər məhkum olunmuş şəxs müəyyən olunaraq saxlanılıb

Bakının Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq edilib.

AYNA DİN-ə istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 10 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş