Yaşadığı yeri tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Xəbərlər

05.12.2021 - 11:37

Həkimlər Klinikalar SEO Xidməti

Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Hüseynovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş