Yarımçıq radioloq

Cəmiyyət

08.04.2020 - 19:00

Almanların ağciyər bələdçisi azərbaycanlı həkim danışır

 

Koronavirus bəlası başlandığı gündən virusa yoluxma, müalicə ilə bağlı, həkimlərin,  mütəxəssislərin fikirlərinə ehtiyac duyulur.

 

AYNA 3 ilə yaxındır Almaniyada yaşayan və  Nordrhein Vestfallen əyalətindəki xəstəxanada işləyən həmyerlimiz həkim-radioloq Fərid Əhmədli ilə müsahibəni təqdim edir.

 

Doktor, koronavirusa yoluxmuş insanların birbaşa orqanizmində, daxildə baş verənləri görə bilirsiz.

Virus daha çox ağciyərləri zədələyir, bu proses nə vaxtdan başlayır?

 

-Koronavirisa yoluxma məlum 14 günlük inkubasiya dövründə özünü göstərir. Virus daşıyıcısı çox vaxt bunu bilmir. Olur ki, virus üçün test olunur, amma cavab müsbət çıxmır. Amma şəxs hansısa şikayəti, istəyi üzrə rentgen olunur, orada ağciyərində ləkələr təsbit olunur, təkrar test zamanı aşkarlanır ki, artıq virusa yoluxub.

Ağciyərdə dəyişikliyə gəlincə, yoluxan insanlarda müxtəlif vaxtlarda, inkubasiya dövründən sonra daha çox dəyişiklik görürük. Burada vəziyyət yaşdan, immun sistemindən, fərdi orqanizmdən asılıdır. Başqa sözlə, bu amillər xəstəliyin gedişatında özünü açıq göstərir. Gənc insanlarla müqayisədə yaşlı insanlarda ağciyərlərdə dəyişiklik sürətli olur. Ağciyərin periferik sahələrində, aşağı paylarında ciddi dəyişiklik görülür, toxumaların zədələnməsi prosesi yaşlılarda sürətli gedir.

 

- Ağciyərdən söhbət düşmüşkən, siqaret çəkənlər üçün virus daha çox təhlükəli sayılırmı?

 

- Uzun müddət siqaret çəkənlərdə 20% xəstələnmə riskinin olması və xəstəliyin uzanması, müalicədə gec effektin əldə olunması təsdiqini tapıb. Bu səbəbdən hər zaman siqaret çəkənlərin bu vərdişi tərgitməyi tövsiyə edilirdisə, indi buna hətta göstəriş var desək, yanılmarıq. Siqaret çəkən koronaviruslu xəstələr daha agır kecirir ve genis yayılmıs ağciyər dəyişliklikləri müşahidə olunub.

 

- Koronaviruslu pasiyentlər arasında uşaqlar, gənclər də varmı?

 

- Bizim pasiyentlər arasında əsasən 65 yaşdan yuxarı xəstələr var. Uşaqlar da olduğu deyilir. Amma bizim xəstəxanada ən gənc xəstəmiz hazırda 38 yaşdadır.

 

- Xəstələrin yaxşılaşmasında da yaş faktoru rol oynayır?

 

- Yaslılarda hələ ki kliniki və diaqnostik yaxşılaşmalar görməmişik, amma gənc, orta yaşlı insanlarda müalicə sonrası 1 həftə ərzində yaxşılaşma, səhhətində irəliləyiş müşahidə edirik.

 

- Bu gün hələ də çox insan Covid-19 təhlükəsinə ciddi yanaşmır?

 

- Təəssüf ki, dünyanın hər yerində bu inamsızlıq var. Tək onu deyə bilərəm ki, bizim xəstəxanada iki şöbə xəstə qaynayır, artıq üçüncü şöbəni belə xəstələr üçün açdıq. Hər gün 10-15 xəstə gətirilir. Hətta bizim radiologiya şöbəsində artıq 3 həkim və biri texniki işçi olmaqla virusa yoluxub, fakt təsdiqlənəndən sonra ev karantinində qalır. Almaniyanın özündə qısa müddətdə yoluxma və ölüm sayı artdı. Hazırda Almaniyada ……(yazı qoyulan gün əlavə rəqəmləri göndərəcəm!!!)    ….. Düşünürəm ki, Azərbaycanda da ciddi tədbirlər görülməzsə, rəqəmlərdə artım ola bilər.

 

- Virusa yoluxma surəti, səngiməsi ilə bağlı orada da proqnozlar varmı?

 

- Deyilənə görə, apreldə yoluxma, vəziyyət pik həddə çatacaq, sonrakı vaxtlarda azalma və zəifləmə gözlənilir.

 

- Bəs virusdan sağalmış insanın  təkrar yoluxma riski ne qədərdir?

 

- Bəli təəssüf ki, təkrar yoluxma riski var, çünki koronavirusun serotipi var, bir növ qrip kimi olduğundan yoluxma mümkündür.

 

 

-Hər virusa yoluxan insanın xəstəxanada qalması vacibdir?

Həkimlər üçün də maraqlı olar, müalicə necə aparılır?

 

- Hər koronavirusa yoluxma faktı ambulator müalicəni diqtə etmir. İnsanlar vəziyyəti pisləşəndə xəstəxana şəraiətində müalicə oluna bilərlər. Qeyd etdiklərimdən öz həkimlərimiz də yararlana bilər. Konkret bizim xəstəxanada müalicə proqramı belə aparılır:
1. Xəstə asimptomikdirsə( xəstəlik simptomları tam biruzə vermir, amma virusa yoluxduğu test nəticəsində təsdiqlənib) ev karantinində qalır və xüsusi müalicə planına əməl edir.

 2. Xəstə simptomikdirsə(xəstəlik əlamətləri tam aşkardır), ancaq vəziyyəti çox ağır deyilsə, simptomatik mualice + antibiotikaterapiya təyin edilir.
3. Xəstə klinik olaraq ağırlaşıbsa, intubasiya + antiviral müalicə + antibiotikoterapiya + ehtiyac varsa, immunomodulator təyin edilir.
Son məlumatlara görə, azitro + hidroksiklorokin daha faydalı təsir göstərir.

 

- Doktor, xarici təcrübəyə  bələd biri kimi insanlara nə tövsiyəniz vardı?

 

- Ən əvvəl bir vacib məqam var. İnsanlar sosial təcrid, məsafəli ünsiyyətdən istifadə etməlidir. Əgər hər hansı xəstəlik əlaməti varsa, heç kəs özü xəstəxanaya getməsin. Bu həm özü, həm də ətraf üçün yoxluxma riskini artırır. Mütləq, təcili tibbi yardım evə çağırılmalıdır. Digər məsələ maskalardan istifadədir. Maskaların taxılması daha məqsədəuyğundur, çünki qarşınızda kimin olması məlum deyil, xəstə insan da ola bilər o sizə tərəf asqırıb, öskürdükdə virus sizə sıçraya bilər, maska az da olsa size qoruya bilər.

 

Raminə Eyvazqızı

Müəllif: Raminə Eyvazqızı