Sürücü Aqşin İsgəndərov xəsarət alıb
Qəbələdə yol qəzası baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü 1993-cü il təvəllüdlü Aqşin İsgəndərov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.