Yararsız qida məhsulları məhv edilib

Xəbərlər

16.09.2022 - 12:44

cedabet Klinikalar SEO Xidməti

1400 kiloqram süd və ət məhsulları tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, eyni zamanda bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, “Aznur” MMC-nin agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 1400 kiloqram süd və ət məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş