Yararsız qida məhsulları məhv edilib

Xəbərlər

08.09.2022 - 18:07

Həkimlər Klinikalar SEO Xidməti

Qida məhsulları tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində həyata keçirilən yoxlamalar zamanı qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görür.

AQTA-dan AYNA-ya verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə əlaqədar daxil olan müraciət əsasında “Ulu Gida Group” MMC-yə məxsus ümumi çəkisi 52 kiloqram “Aly Yufka” əmtəə nişanlı xəmir məhsulu və 40,2 kiloqram mayonez və ənginar məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 580 kiloqram dəniz məhsulu və alkoqolsuz içkilər, “Pribaltika” MMC-yə məxsus ümumi çəkisi 1360 kiloqram ət və süd məhsulları, “Merano-Baku” MMC-yə məxsus ümumi çəkisi 3630 kiloqram müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş