Yaralanan polis şəhid oldu

Xəbərlər

06.10.2023 - 12:53

cedabet dərman SEO Xidməti

Şəhid doğulduğu Ulacalı kəndində dəfn olunacaq

Qarabağda keçirilən lokal antiterror tədbirlərində ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov şəhid olub. AYNA xəbər verir ki, Muradov bu gün vəfat edib.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Məlumata görə, Əzizbəy Muradovun musiqi təhsili də olub. O, 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə piano və qarmonda ifaları ilə məşhurlaşıb.

Əzizbəy Muradov Vətən müharibəsindən sonra "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş