Yaponiyada fövqaladə vəziyyət sona çatır

Dünya

14.05.2020 - 16:21

cedabet dərman SEO Xidməti

Ölkənin 8 şəhərində isə fövqəladə vəziyyət davam edəcək

 

Koronavirusun yayılması səbəbiylə fövqəladə vəziyyət rejimini mayın 31-dək uzadan Yaponiyada hökumət yeni qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, virusla bağlı ekspert məsləhətləri ilə bir araya gələn hökumət işçiləri yoluxmanın artım tempinin azalmasını nəzərə alaraq, ölkənin 39 şəhərində fövqaladə vəziyyəti aradan qaldırmağı qərara alıblar.

 

Lakin qərara əsasən, Hokkaydo, Tokio, Çiba, Kanagawa, Saitama, Kyoto, Osaka və Hyogo şəhərlərində fövqaladə vəziyyət tətbiq edilməyə davam edəcək.

 

Yaponiyanın İqtisadiyyat naziri Yasutoşi Nişimura yoluxmaların sayının az olduğu bölgələrdə də vətəndaşları tədbirdən imtina etməməyə çağırıb. Virusun yayılmasının qarşısını almaq üçün fərdi tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayan nazir əks halda, yoluxmaların sayının yenidən arta biləcəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş