Təlimdə “Tip 88” yer-gəmi raketlərindən istifadə olunacaq
Yaponiya Özünümüdafiə Qüvvələri bu ilin yayında Rusiya ilə sərhəd olan Hokkaydo prefekturasındakı Şizunai poliqonunda gəmi əleyhinə raketlərlə təlimlər keçirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Təlimdə Quru Özünümüdafiə Qüvvələrinin “Tip 88” yer-gəmi raketlərindən istifadə olunacaq.
Əvvəllər Yaponiya ordusu oxşar təlimlər keçirib, lakin Yaponiyadan kənarda. Çünki bu silahların məsafəsi təxminən 150 kilometrdir, dəniz və hava məkanının təhlükəsizliyini təmin etmək mümkün olmurdu. İndi Yaponiyada da atış məsafəsi məhdudlaşdırılan təlimlərin keçirilməsi qərara alınıb.
Şizunai sınaq poliqonu Hokkaydonun cənub sahilində yerləşir və Sakit Okeana baxır. Təlimlərə döyüş başlığı ilə təchiz olunmayan xüsusi təlim raketləri cəlb olunacaq.
Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi hazırda belə təlimlərin nəzərdən keçirildiyini təsdiqləyib, lakin yerin hələ müəyyən edilmədiyini əlavə edib. Əlavə edib ki, təhlükəsizliyin təmin edilməsi və yerli əhalinin məlumatlandırılması üçün bütün tədbirlər görüləcək. Hayaşi təlimin Yaponiya ərazisində keçirilməsi qərarını “çətin təhlükəsizlik vəziyyəti” ilə izah edib.