Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.
AYNA xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, proqnozlara əsasən, yanvarın 20-də,
Saat 7:00-11:00 radələrində:
Arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s. Havanın temperaturu 3-6° isti olacaq.
Saat 11:00-14:00 radələrində:
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s. Havanın temperaturu 5-7° isti olacaq.
Saat 14:00-17:00 radələrində:
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17:00 radələrində az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s. Havanın temperaturu 6-8° isti olacaq.
Saat 18:00-22:00 radələrində:
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərqb küləyi 5-10 m/s. Havanın temperaturu 5°-dək isti olacaq.