Xocavənddə yol qəzası olub, xəsarət alanlar var

Hadisə

02.04.2024 - 22:23

Xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib

Xocavənd rayonunun Cəmiyyət kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

AYNA xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

O, bildirib ki, faktla bağlı araşdırma aparılır

Müəllif: Ayna.az