Xızı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər
Xızı Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evin qapısının sındırılaraq oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.
Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, motorlu otbiçən aparat, kompüter prosessoru və sair oğurladığı müəyyən edilib. Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.